Kasko Sığorta Nədir?
Kasko Sığorta - avtomobilinizə qəza, təbii fəlakət, yanğın, partlayış, üçüncü şəxslərin qanunazidd hərəkətləri və s. nəticəsində dəyən zərərləri qarşılayan könüllü sığorta növüdür. Bu sığorta növü avtomobilinizi tam qoruma altına alaraq sizi əlavə xərclərdən qoruyur.
Kasko Sığorta Qiyməti
Kasko Sığorta qiyməti bir neçə faktordan asılıdır:
• Avtomobilin markası, modeli, istehsal ili və bazar dəyəri
• Sürücünün yaşı, sürücülük təcrübəsi və hadisə tarixcəsi
• Avtomobilin istifadə təyinatı ( şəxsi istifadə yaxud kommersiya fəaliyyəti)
Sərfəli və ehtiyaclarınıza uyğun Kasko Sığorta təklifi almaq üçün yuxarıdakı formu dolduraraq bizə müraciət edin.
Kasko Sığorta Şərtləri
Kasko Sığorta təminatı aşağıdakı halları əhatə edir:
• Avtoqəzalar
• Təbii fəlakətlər (zəlzələ, dolu, sel və s.)
• Yanğın və partlayış
• Üçüncü şəxslərin qanunazidd hərəkətləri
• Düşən və ya atılan əşyalar və s.
Franşiza və ya Azadolma Məbləği nədir?
Franşiza (Azadolma məbləği) – sığorta hadisəsi baş verdikdə, sığorta təminatı çərçivəsində ödənilməyən və sığortalının özü tərəfindən qarşılanmalı olan məbləğdir.
Kasko Sığortanı necə almaq olar?
Yuxarıdakı formu doldurub "Sifariş et" düyməsini sıxın. Sizinlə qısa müddətdə əlaqə saxlayaraq ən uyğun Kasko təklifi təqdim edəcəyik. Əlavə suallarınız yaranarsa, ekranın sağ alt küncündə yerləşən əlaqə vasitələrimizdən birini seçərək bizimlə əlaqə yaradın.
Endirimlər və Kampaniyalar:
- Kasko sığorta – Payız fürsəti! (10% Endirim + Bravo/Azpetrol Hədiyyə kartı)
- Taksi sürücüləri üçün sərfəli KASKO sığorta təklifi!